Ölkənin əsas daşınmaz əmlak mərkəzlərində - Bakı, Sumqayıt və Gəncə şəhərlərində qəzalı binaların sayı və həmin binalar, eləcə də burada yaşayan əhali ilə bağlı hökumətin planları açıqlanıb. olub.
eputat: “Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”
Ölkənin əsas daşınmaz əmlak mərkəzlərində - Bakı, Sumqayıt və Gəncə şəhərlərində qəzalı binaların sayı və həmin binalar, eləcə də burada yaşayan əhali ilə bağlı hökumətin planları açıqlanıb. olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Milli Məclisin martın 13-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Hesabatda bildirilir ki, yerli icra hakimiyyəti orqanlarının müraciətləri və Nazirlər Kabinetinin tapşırığı əsasında Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri bu şəhərlərdə qəzalı binaların siyahısını hazırlayıb.
İşçi qrup tərəfindən aparılan araşdırmaya əsasən Bakı şəhərində 228 ünvanda, Sumqayıtda 21 ünvanda, Gəncə şəhərində isə 11 ünvanda, yəni ümumilikdə 260 ünvanda qəzalı bina aşkar edilib. Bu binalarda ümumilikdə 8342 mənzil var.
Ən çox qəzalı bina və mənzil Bakı şəhərindədir. Belə ki, Bakıdakı 228 ünvanda 7170 mənzil, Sumqayıt şəhərində 21 ünvanda 464 mənzil və Gəncə şəhərində 11 ünvanda 708 mənzil var.
Hökumətin planlarına görə, həmin binalardakı əhali köçürüləcək, binaların özü söküləcək və onların yerində, əgər qanunla mümkün olarsa, yeni binalar tikiləcək. Hesabatda deyilir ki, həmin binaların 159-u dövlət vəsaiti, 84-ü investorların (yəni tikinti şirkətlərinin – FED.az) vəsaiti, 17-i isə həm dövlət, həm də investor vəsaiti hesabına söküləcək, buradan sakinlərin köçürüləcək və yeni binalar tikiləcək.
Hesabatda deyilir ki, artıq Bakı, Sumqayıt və Gəncə şəhərlərində sözügedən 8342 mənzildəki ailələrin 1148-i köçürülüb. Bunların 655-i dövlət vəsaiti hesabına, 493-ü isə özəl investor hesabına köçürülüb.
Məsələn, Sabunçu rayonundakı 46 qəzalı binadan (782 mənzil) 27 binadakı (505 mənzil) ailələr dövlət vəsaiti hesabına, 19 binakı (277 mənzil) ailələr isə investor vəsaiti hesabına yeni mənzillə təmin ediləcəklər.
Hesabatda xatırlanır ki, bu işlərin həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 26 oktyabr tarixli 847s nömrəli Sərəncamına əsasən Bakı, Gəncə və Sumqayıt şəhərlərində qəzalı yaşayış binalarının sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə hər il dövlət büdcəsindən müvafiq məbləğ ayrılır.











