Bakı-Şamaxı-Yevlax, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yollarının kənarında fəaliyyət göstərən köhnə və şəraitsiz restoran, kafe və çay evləri sökülərək yerində müasir obyektlər tikilir.
Eləcə də bax: Azərbaycanda turizm obyektlərinə - AXIN OLACAQ
FED.az xəbər verir ki, Bakıdan bölgələrə və əks istiqamətə gedən turistlərə, sürücü və sərnişinlərə müasir tələblərə uyğun xidmətin göstərilməsi üçün həmin obyektlərin sahiblərinə uyğun şərait yaradılması tövsiyə edilib. Yeni qərara uyğun olaraq bəzi sahibkarlar müasir standartlara cavab verməyən köhnə və şəraitsiz obyektləri sökməyə başlayıblar.
Şamaxı rayon İcra Hakimiyyətinin baş memarı Rüstəm Əliyev bildirib ki, yol kənarında eləcə də digər ərazilərdə bu cür iaşə obyektlərinin sökülərək yenidən tikilməsinə səbəb rayonlarda turizmin inkişafına dəstək olmaqdır: "Həmin obyektlərə baxış keçirilib və sahibkarlara müasir standartlara uyğun layihələr təqdim olub, işlərə başlanılıb. Bizim bu prosesi başlatmaqda əsas məqsədimiz yerli və xarici turistlərin bölgələrə səfəri zamanı onlara standartlara uyğun keyfiyyətli xidmətin göstərilməsini təmin etməkdən ibarətdir".
Qeyd edək ki, ilkin mərhələdə Şamaxı ilə yanaşı, Qobustan, Ağsu, İsmayıllı və Qəbələ rayonları ərazisindən keçən ölkə əhəmiyyətli avtomobil yollarının kənarlarında uyğunsuz hesab edilən bütün köhnə kafe və restoranlar söküləcək.
Apa