Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz tikililər sökülür.
BŞİH-dən FED.az-a verilən məlumata görə, Xətai rayonu, Məhəmməd Hadi küçəsində, “Əhmədli” və “Həzi Aslanov” metrostansiyalarının yaxınlıqlarında yaşıllıqların olduğu dörd ədəd torpaq sahəsinin hasarları sökülüb və ərazi təmizlənib.
Həmçinin meriyada təşkil olunmuş komissiya tərəfindən bu ərazilərdə tikilən bir sıra müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır. Araşdırmalar nəticəsində müəyyən olunmuş pozuntuların aradan qaldırılması və lazım gələrsə, tikililərin sökülməsi üçün müvafiq qaydada Məhkəməyə müraciət olunacaq.