Bakı Şəhər İcra Hakimiyyətinin qurumları paytaxtdakı parklar, bağlar, istirahət yerlərində lazımı şəraitin yaradılması, şəhərin estetik gözəlliyinin artırılması və mövcud olan ictimai iaşə obyektləri, köşklər, ticarət və digər mərkəzlərdə lazımı səliqə-səhmanın yaradılması, ərazidə sanitaq-gigiyenik normalara riayət olunması üçün müvafiq işlər həyata keçirir.
İcra hakimiyyətindən FED,az-a veriən məlumata görə, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən rayonların ərazilərində yerləşən köşklər, ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılib, obyektlərin ətrafı dezinfeksiya olunub. Obyektlərin estetik cəhətdən yenilənməsi, müasirləşdirilməsi, sakinlərimizin zövqünü oxşaması üçün tədbirlər görülür.
Eyni zamanda paytaxtdakı yaşıllıqların qorunması, onlara xidmət göstərilməsi məqsədi ilə Bakı şəhərinin rayonlarında mütəmadi olaraq iməcliklər keçirilir, əkilən ağac, kol və güllərə qulluq göstərilir, yol kənarları quru otlardan təmizlənir, yeni-yeni yaşıllıq zonaları yaradılır.
Bakı İcra hakimiyyəti: «Köşk və obyektlər qaydaya salınır»
12:20
11 İyul 2019