Bakıda yeni salınan yaşayış və biznes şəhərciyi – Bakı Ağ şəhərdə 2-ci böyük ofis binası tikilir.
İlham Əliyev Ağ Şəhərdə: "Məqsədimizə çatmışıq, şəhər içində artıq şəhər var"
FED.az xəbənr verir ki, bu barədə dekabrın 27-də Ağ Şəhərdə görülən işlərlə tanış olanda prezident İlham Əliyevə məlumat verilib.
Prezidentə bildirilib ki, burada Mərkəzi Park adlandırılan ərazinin yaxınlığında Bakı Ağ Şəhərin “landmark”ı olan və hazırda tikintisi aparılan 12 mərtəbəli ofis binası beynəlxalq standartlara uyğun iş məkanı təklif edəcək.
Yeraltı və yerüstü avtodayanacaqların, müasir havalandırma sisteminin, sürətli liftlərin nəzərdə tutulduğu binanın qarşısında gəzinti və istirahət üçün geniş yaşıl meydan salınacaq. Ətraf mühit və ekologiyanı tikintidə əsas amil kimi nəzərə alaraq binanın BREEAM ekoloji sertifikatlaşma təşkilatı tərəfindən layihələndirmə mərhələsindən dəyərləndirilməsinə başlanılıb.
Bu, artıq Bakı Ağ Şəhərdə BREEAM sertifikatlı ikinci ofis binası olacaq, 12 mərtəbəli biznes mərkəzi beynəlxalq standartlara uyğun iş məkanları təklif edəcək.
Biznes mərkəzinin arxasında, hündür binaların əhatəsində 1 hektar ərazisi olan Mərkəzi Park layihələndirilib. Parkda gözoxşayan landşaft və incəsənət nümunələri yer alacaq. Bu park piyadalar üçün şimalda Babək prospekti və Qarabağ Atları Meydanından başlayan Fəvvarələr meydanı və piyada körpüsü boyunca Ağ Şəhər bulvarınadək 2 kilometrlik maneəsiz gəzinti xiyabanı üzərində yerləşəcək.