Mayın 11-də «Bakı Hərrac Mərkəzi»ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan «Zaminbank» ASC-nin balansındakı daşınmaz əmlaklar açıq hərraca çıxarılacaq.
FED.az xəbər verir ki, satışa çıxarılan birinci daşınmaz əmlak - Sumqayıt şəhəri, 2-ci mikrorayonda istifadədə olan 10 sot torpaq sahəsində yerləşən 37/20 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən ü/s 49,73 kv.m olan 2 otaqlı, 2 nömrəli mənzildir. Hərracda əmlakın satış qiyməti 70 300 manatdan başlayacaq.
Hərracda iştirak üçün müraciət etmək
Hərraca çıxarılan ikinci əmlak da Sumqayıtda həmin ünvanda yerləşir. Sumqayıt şəhəri, 2-ci mikrorayonda istifadədə olan 10 sot torpaq sahəsində yerləşən 37/20 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən ü/s 29,07 kv.m olan 1 otaqlı, 1 nömrəli mənzildir. Hərracda əmlakın satış qiyməti 49700 manatdır.
Hərracda iştirak üçün müraciət etmək
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.