Ləğv prosesində olan bankların əmlakların satışı ilə bağlı son hərracda avtomobillərə xüsusi maraq müşahidə edilib.
Əmanətlərin Sığortalanması Fondu(ADİF) Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə 27 mart və 3 aprel 2018-ci il tarixlərində ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirdi.
Bu barədə ADIF-dən məlumat daxil olub.
Eləcə də bax: Azərbaycan-İran birgə avtomobilləri belə olacaq - FOTO
Keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 1 ədəd “Toyota Avalon”, 5 ədəd “Toyota Corolla”, 2 ədəd “Mitsubishi Lancer”, 4 ədəd “Hyundai Accent”, 1 ədəd “Daewoo Nexia”, 1 ədəd “Jeep Grand Cherokee” minik avtomobilləri və 2 ədəd bankomat hərracda satılıb.
Ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı qeyri-yaşayış sahəsi, 1 ədəd “Lexus LS460” avtomobil satılıb. Qeyd edək ki, hərracda 31 min manat minumum təklif qoyulmuşdu. Digər, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 1 ədəd “QAZ-3302-18” yük avtomobili satılıb.