Yay mövsümü ilə əlaqədar bağ evlərinin qiymətində artım müşahidə olunur.
Bakının əmlak bazarında yeni dalğa - Kiçik mənzillərə tələbat artır - ARAŞDIRMA
FED.az xəbər verir ki, əmlak eksperti Elnur Azadovla bu mövzu müzakirə edilib.
Ekspert qeyd edib ki, hər il daşınmaz əmlak qiymətlərinin artması onların kirayəsinin də bahalaşmasına səbəb olur:
"Koronovirus pandemiyasından sonra bağ evlərinə tələbat artdı. Bahalaşma daha çox populyar ərazilərdə müşahidə olunur. Mərdəkan, Buzovna, Bilgəhdə, bölgələrdən isə Şamaxı, İsmayıllı, Quba və Qusarda bağ evlərinə tələbat yüksəkdir", - deyə E.Azadov əlavə edib.