“Yeni Həyat Şirkətlər Qrupu” MMC-nin İdarə Heyətinin sədri dəyişib.
Azərbaycanda şirkətin İdarə Heyətinə sədr - TƏYİN EDİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, Murad Arıxov Habil oğlu vəzifəsindən gedib. Onu bu vəzifədə 53 yaşlı Babək Babayev Novruz oğlu əvəz edib. B.Babayev həmçinin şirkətlər qrupunun təsisçisi kimi tanınır.
Qeyd edək ki, Babək Babayev “Yeni Hayat”ı 2002-ci ildə yaradıb, lakin “Yeni Həyat Şirkətlər Qrupu” MMC 2010-cu ildə yaradılıb və Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərən şirkətlər qrupudur. Şirkətin Bakı şəhərində “Grand Hayat”, “Park Azure”, “Yeni Hayat Residence”, “Yeni Hayat Plaza”, “Azure” və “MegaFun” kimi iri daşınmaz əmlaklarına sahibdir.