Azərbaycanda bütün növ bina və tikililərin havalandırma, isitmə-soyutma (kondisioner), çiller və qazanxana sistemlərin layihələndirilməsi və quraşdırılması ilə məşqul olan, hüquqi ünvanı Binəqədi rayonu, M.Rəsulzadə ştq, Ağa Nemətulla (Rəsulzadə qəs) ev 44 a-da yerləşən “Azklima Service” MMC-nin dövlətə küllü miqadarda borcu yaranıb.
FED.az biznes xəbər portalı Vergilər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 10 noyabr 2021-ci ildə 100 manatlıq nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınan (VÖEN: 1007291771), “Azklima Service” MMC-nin 19 oktyabr 2023-cü il tarixinə 36 363.57 manat vergi borcu yaranıb.
FED.az borcun hansı səbəbdən yaranmasını aydınlaşdırmaq məqsədi ilə qanuni təmsilçisi - direktoru Əkbərli Hasil Əbülfət oğlu ilə əlaqə saxlayıb. H.Əkbərli bildirib ki, vergi borcu müəyyən səbələrdən yaranıb. Direktor vergi borcunun yaxın vaxtlarda tam ödəniləcəyini qeyd edib.
Vergilər Nazirliyindən FED.az saytına bildirilib ki, vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini ödəmək vəzifəsi onun vergi öhdəliyidir. Şirkət vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Şirkət vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.
Vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bildirişdə göstərilən müddətdə ödənilmədikdə, vergi orqanı banka və ya digər kredit təşkilatına sərəncam verə bilər.
Vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur, bu faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.
Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.
Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə, eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər.
Vergi borcu məbləği 50 min manatdan çox olduqda isə artıq bununla Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi məşğul olur.
Qeyd edəki ki, “Azklima Service” MMC “LOR Hospital”, “Referance Hospital”, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, M.Ə. Mirqasımov adına Respublika Klink Xəstəxanası, “Bakı Sağlamlıq Mərkəzi” və “American Hospital”ın sifarişləri əsasında işlər görüb.