"Azinko Holdinq" şirkəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə etməlklə ordumuza və dövlətimizə dəstək kampaniyasına qoşulub.
FED.az xəbər verir ki, "Azinko Holdinq" şirkəti ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrin Yardım Fonduna vəsait köçürüb. Holdinq əməkdaşları Azətbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında işğalda olan torpaqlarımızın düşməndən azad edilməsinə qətiyyətlə inanır və ölkə rəhbərliyinin bu sahədə həyatə keçirdiyi uğurlu siyasəti hərtərəfli dəstəkləyir.