Keçmiş “Azərneftyağ” zavodunun ərazisi “Ağ Şəhər” layihəsinə təhvil veriləcək.
FED.az xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.
Eləcə də bax: Ağ Şəhərin şərqində yeni prospekt layihələndirilir
XIX əsrin sonlarından fəaliyyət göstərən və vaxtilə Qara şəhərdə keçmiş Rusiya imperisyasının ən böyük neft emalı müəssisəsi olmuş "Azərneftyağ" zavodunun qurğuları və çənləri demontaj olunaraq, ərazisi yaxın zamanda “Ağ Şəhər” layihəsinə təhvil veriləcək.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.