Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.
FED.az Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin İyul ayında azərbaycanlılar Türkiyədə 92 mənzil alıblar. 2018-ci ilin İyul ayında azərbaycanlılar Türkiyədə 73 mənzil almışdılar.
2019-cu ilin Yanvar-İyul dövründə (7 ayda) isə azərbaycanlılar Türkiyədə 623 mənzil alıblar (orta hesabla hər gün 3 mənzil). 2018-ci ilin eyni dövründə bu say 487 idi.
Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 15-ci yerdədir. Yanvar - İyul ayında Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıblar - 4071 mənzil. İraqlıların ardınca 2666 mənzil ilə İran, 1479 mənzil ilə Rusiya vətəndaşları gəlirlər.