Banner

İnşaat və əmlak

Azərbaycanlılar bu ölkədə 2 ayda 200 mənzil alıblar

Azərbaycanlılar bu ölkədə 2 ayda 200 mənzil alıblar | FED.az
11:34 18 Mart 2019

Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.

FED.az Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin Fevral ayında azərbaycanlılar Türkiyədə 105 mənzil alıblar. 2018-ci ilin Fevral ayında azərbaycanlılar Türkiyədə 63 mənzil almışdılar.

2019-cu ilin Yanvar-Fevral dövründə azərbaycanlılar Türkiyədə 200 mənzil alıblar. 2018-ci ilin eyni dövründə bu say 128 idi. 

2018-ci ildə azərbaycanlılar Türkiyədə 1250 mənzil alıblar. 2017-ci ilin 12 ayında bu say 942 mənzil idi.

Azərbaycanlılar Türkiyədən ən çox mənzil alan xaricilər arasında 10-cu yedədir.

Eləcə də bax: Sənədsiz həyət evlərinə amnistiya təklif edilir - "Ev sahiblərinin günahı deyil ki..."

©Marja

Digər xəbərlər

Banner