FED.az xəbər verir ki, 2019-cu ildə Azərbaycan vətəndaşları Türkiyədə 1191 daşınmaz əmlak əldə edib ki, bu da 2018-ci illə müqayisədə 59 obyekt azdır.
Eləcə də bax: Azərbaycanlı investorlar Türkiyədə - ADA ALMAQ İSTƏYİRLƏR
Bu barədə Türkiyənin Torpaq kadastrı və alqı-satqı işləri üzrə dövlət orqanına istinadən məlumat verillr.
Statistikaya əsasən, Azərbaycan vətəndaşları 2019-cu ilin dekabr ayında Türkiyədə 146 daşınmaz əmlak əldə edib. Bu, 2018-ci ilin dekabrı ilə müqayisədə 20 obyekt azdır.
2019-cu ildə Türkiyədə 1,348 milyon daşınmaz əmlak satılıb ki, bu da 2018-ci illə müqayisədə 1,9 faiz azdır.
Ötən il Türkiyədə əcnəbi vətəndaşlara 45 483 daşınmaz əmlak satılıb. Bu göstərici 2018-ci illə müqayisədə 14,7 faiz çoxdur.
Modern