Azərbaycanlılar Türkiyədə mənzil almaqda davam edir.
Eləcə də bax: Azərbaycan vətəndaşları avqustda Türkiyədə mənzil alışını 75% artırıb
FED.az xəbər verir ki, Türkiyənin Statistika Komitəsinın məlumatına görə, 2020-ci ilin Oktyabr ayında azərbaycanlılar Türkiyədə 137 mənzil alıblar. 2019-cu ilin Oktyabr ayında azərbaycanlılar Türkiyədə 125 mənzil almışdılar.
2020-ci ilin Yanvar-Oktyabr dövründə (10 ayda) isə azərbaycanlılar Türkiyədə 1020 mənzil alıblar. 2019-cu ilin eyni dövründə bu say 954 idi.
Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 10-cu yerdədir.
Oktyabrda Türkiyədə xaricilərə mənzil satışları ötən ilin eyni ayı ilə müqayisədə 23,1% artaraq 5 min 258 olub. Xaricilər ən çox mənzili İstanbul, Antaliya, Ankara, Yalova və Bursadan alıblar. (Marja)