Amerikada qeyri ABŞ vətəndaşları da ipotekaya ev ala bilərlər. İlkin şərt olaraq ABŞ-ın hər hansı bankına depozit olaraq 100 min dollar yatırmaq lazımdır.
Bunu FED.az ABŞ da ipotekaya mənzillər təklif edən Mr.Max şirkətinin rəsmisi bildirib. Onun sözlərinə görə, Azərbaycandan olan vətəndaşların ABŞ-da mənzil alması üçün iş yeri barədə və illik gəlirləri barədə arayış olmalıdır. İlkin şərt olaraq isə hər hansı ABŞ bankında ən azı 100 min dollar depozit yatırılmalıdır.
ABŞ-da xarici vətəndaşlar ipotekaya ev alarkən ilkin ödəniş kimi mənzilin 40-50% ni ödəməlidirlər.
Şirkətdən verilən məlumata görə, hazırda onların təqdim etdiyi layihə Los-Angelos şəhərində yerləşir. Bu şəhərdə layihə çərçivəsizndə təqdim edilən mənzillərin qiyməti isə 500 min dollardan başlayır.
“Bu mənzillər yenidir. Layihəmiz 2020-ci ildə təhvil verilir. Mənzillər tam təmirlidir. Belə mənzillərin sahəsi isə 43 kv metrdi və 1 otaqlıdır" - deyə şirkət rəsmisi bildirib.
Azərbaycanlılar ABŞ da ipoteka ilə mənzil ala bilərlər
12:36
17 İyul 2019