Azərbaycanın ayırdığı maliyyə vəsaiti ilə Türkiyədə Kahramanmaraşda tikiləcək şəhərin təməli qoyulub.
Ərdoğan: "Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək"
FED.az xəbər verir ki, binaların təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalı çərçivəsində qoyulub.
"Güclü zəlzələlərdən sonra Azərbaycan Türkiyənin yanında oldu. Daha sonra İlham qardaşım Kahramanmaraşda 1000 ev tikmək sözü verdi. Bununla birlikdə məktəblər, məscid, yataqxanalar və bir çox sosial binalar tikiləcək. Bir sözlə, Azərbaycan şəhər inşa etmək qərarı verib. Bugün bu şəhərin təməlini qoyuruq",- Ərdoğan deyib.
Daha sonra prezidentlər canlı bağlantı vasitəsilə binaların təməlini qoyublar.
Yaşayış və sosial binaların tikintisi 1 il ərzində başa çatdırılacaq. Binlara Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunacaq. (Marja.az)