Azərbaycanın məşhur şərab zavodlarından biri – Mərəndi Şərab Zavodu satışa çıxarılığb.
Bu barədə FED.az-a zavoddan məlumat verilib.
Bakıda tikintisi üçün böyük torpaq sahələri və obyektlər – SİYAHI - QİYMƏTLƏR
Abşeron rayonunda yerləşən müəssisənin istehsal gücü illik 2-3 min ton üzüm qəbul edib emal etməyə imkan verir. Zavoddakı avadanlıq saatda 3 min şuşə şərab istehsalı gücünə malikdir. Başqa sözlə, tam gücü ilə işləyəndə müəssisə həftədə 90 min şüşə şərab istehsla edə bilir.
Ağ Şəhərdə ev aldılar, qara günləri başladı - “ERA TOWER” MƏNZİLLƏRİ TƏHVİL VERMİR
Zavodda quraşdırılmış bütün avadanlıqlar İtaliya istehsallı müasir qurğulardır. Müəssisədə şərab istehsalı ilə yanaşı, araq sexi və konyak spirti çəkmək üçün distillə qurğuları var.
Zavoddan FED.az-a bildirilib ki, burada şərabla yanaşı, türk rakısı viski, kalvados (almanin konyakı) istehsalı mümkündür. Hazırda «Mərəndi Şərab Zavodu» xarici ölkələrə, o cümlədən Rusiya və Polşaya şərab ixrac edir. Müəssisənin işçi kollektivi tam gücü ilə işləyəndə 60 nəfərə çatır.
Kirayə üsulu ilə yeni mənzillər satışa çıxarıldı - AYLIQ 268 MANATDAN BAŞLAYIR - SİYAHI
Zavodun satış qiyməti 9 milyon manatdır. Bunun 4 milyon manatı əvvəlcədən ödəniləcək, 5 milyon manat isə 60 aylıq müddətə kredit kimi qaytarılacaq. Zavodla birlikdə müəssisənin 117 hektarlıq üzüm bağı da 10 illik pulsuz icarəyə verilir.
Xatırladaq ki, Abşeron yarımadasındakı palçıq vulkanlarının yaxınlığında, iki duz gölünün arasında yerləşən “Fireland” bağlarında yetişən üzümlərdən yüksək keyfiyyətli şərablar istehsal olunur. Hazırda ümumilikdə 160 hektar ərazidə yetişdirilən 15 üzüm növündən çeşidli məhsullar, o cümlədən rafinə olunmuş “Yallı”, “Premium Tella Caspea” və “Tera Caucasea”, eləcə də daha zərif dadı olan və yüngül içilən “İlkin” süfrə şərabları hazırlanır.
Müəssisənin satışı ilə bağlı daha ətraflı məlumatı 050 334 40 40 nömrəsindən almaq olar.