Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni daxili ipoteka kreditini təqdim edib.
Eləcə də bax: Beynəlxalq Bankdan 300.000 manatadək - Daxili İpoteka Krediti!
Bankdan FED.az-a verilən məlumata görə, bu kreditlə mənzillərlə ynaaşı, fərdi evlər də almaq mümkündür. Kreditin maksimal məbləği 300 min manat, müddəti 20 ilədək, illik faiz dərəcəsi 10-11% təşkil edir. İlkin ödəniş isə mənzilin və ya evin qiymətinin 15%-dən başlayır.
Kredit almaq üçün əsas tələb, maaşın kartla alınmalıdır. Bu krediti maaşı həm ABB, həm də digər bankların kartı ilə alan müştərilər götürə bilərlər. ABB-nin müştəriləri üçün şərtlər daha güzəştlidir.
Belə ki, əmək haqqını ABB kartı ilə alanlar 15% ilkin ödəniş edib, ipoteka kreditlərini illik 10%-lə götürə bilərlər. Digər banklardan əmək haqqı alanlar üçün isə ilkin ödəniş tələbi 30%, kreditin illik faizi isə 11% təşkil edir.
Daxili ipoteka krediti Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yerləşən əmlaklara ayrılır. Kreditin rəsmiləşdirilməsi prosedurları çox sadədir. Tələb edilən sənədlərin sayı azdır. Hər bir Azərbaycan Respublikası vətəndaşı şəxsiyyət vəsiqəsini, bank hesabından çıxarışı və ya Elektron Hökumət Portalından arayışı təqdim etməklə bu kredit üçün müraciət edə bilər.
Şərtlərə görə, maaşın 70% kredit ödənişinə yönəltmək olar. Məsələn maaş 1000 manatdırsa, aylıq ödəniş 700 manatı keçməməlidir və sair.
Bundan başqa, şərtlərə əsasən, bu ipoteka krediti ilə təkcə köhnə deyil, yeni tikili binalardan da mənzil almaq mümkündür. Bunun üçün çıxarışlı mənzil girov qoyulmalıdır.
Şərtlərə əsasən krejit alan şəxsin yaşı 20-dən yuxarı olmalı, amma kredit bitən tarixə 65 yaşı keçməməlidir. İpoteka krediti veriləndə müştərinin kredit intizamlılığı da nəzərə alınacaq. Belə ki, son 12 ayda 60 gündən artıq gecikməsi olmayanlar kredit götürə bilər. İş stajına aid tələb isə - sonuncu iş yerində minimmu 6 aydır.
Bu şərtlərdə mənzil alarkən maaşını ABB-dən alan müştərilər, məsələn 60 min manatlıq mənzil və ya ev alırsa, ilkin ödəniş cəmi 9 min manat, 20 il ərzində aylıq ödəniş isə 492 manat təşkil edir.