Azərbaycanla bərabər xarici ölkələrdə də fəaliyyət göstərən tikinti şirkəti “Akelik Group” ASC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
Eləcə də bax: Məşhur iş adamına məxsus şirkətin 4 milyon manat vergi borcu var
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Akelik Group” Dövlət Vergi Xidməti yanında Milli Gəlirlər Departamenti barəsində “qərar müəyyən hərəkətləri etməkdən çəkinməyə dair” olub. İnzibati məhkəmə də kommersiya şirkətinin iddiasını təmin edib.
Lakin, Milli Gəlirlər Departamenti bu qərarla razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Bir faktı da qeyd edək ki, 9 dekabr 2020-ci il tarixinə olan məlumata görə, “Akelik Group”un 7 309 727 manatlıq vergi borcu var.
Xatırladaq ki, 2011-ci ildə yaradılan “Akelik Group”un 33 mln. manat nizamnamə kapitalı var.