Azərbaycanda tikinti obyektlərinin sökülməsi qaydasına dəyişiklik edilir.
Qanunsuz tikilən evlərin su şəbəkəsinə qoşulması - QADAĞAN OLUNUR - YENİ QANUN
FED.az xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Məcəlləyə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda, tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və yaxud çatmamış tikinti obyekti söküləcək.
Hazırda qüvvədə olan Məcəlləyə görə sözügedən müddətlər müvafiq olaraq 1 il və 2 ildir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.