Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 783,4 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 83,7% artıb.
Eləcə də bax: Azərbaycanda tikinti materiallarının istehsal dəyəri - 80%-Ə YAXIN ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə betondan yığma tikinti konstruksiyaların istehsalı 2,1 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 60,3%, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 55,8%, tikinti gipsinin istehsalı 43,8%, tikinti kərpicinin istehsalı 34,2%, hörmə üçün hazır beton qarışığının istehsalı 33,4%, asfaltın istehsalı 13,9%, tikinti əhənginin istehsalı isə 4,8% artıb.
Tikinti materiallarının istehsalı sahәsindә әsas mәhsul növlәrinin buraxılışı:
Mәhsul növlәri |
2021-ci ilin yanvar-noyabr aylarında istehsal edilib |
Әvvәlki ilə nisbәtәn, faizlә |
Sement, min ton |
3189,5 |
104,3 |
Tikinti gipsi, min ton |
29,2 |
143,8 |
ondan әmtәәlik |
29,2 |
145,3 |
Tikinti әhәngi, min ton |
32,5 |
104,8 |
Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton |
76,6 |
160,3 |
Betondan yığma tikinti konstruksiyaları, min kub metr |
72,5 |
2,1 d |
Asfalt, min ton |
175,7 |
113,9 |
Tikinti kәrpici, min kubmetr |
617,7 |
134,2 |
Hörmә üçün hazır beton qarışığı, min ton |
2379,6 |
133,4 |
Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton |
35200,2 |
155,8 |