2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 520,5 milyon manat məbləğində tikinti materialları istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 33,4% çoxdur.
Eləcə də bax: Tikinti materiallarının qiymətində - KƏSKİN ARTIM – SİYAHI
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 1 milyon 730,8 min ton sement (artım 1,7%) istehsal edilib.
18,6 min ton (artım 37,8%) tikinti gipsi, 54,7 min ton (artım 47,8%) sementdən tikinti blokları və kərpicləri, 1 milyon 541,1 min ton (artım 25,3%) hazır beton qarışığı, 19,5 min ton (artım 11,4%) tikinti əhəngi, 322,5 min kubmetr (artım 16,8%) tikinti kərpici, 13,604 min ton (azalma 32,9%) emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar, 20,8 min kubmetr (azalma 43,3%) betondan yığma tikinti konstruksiyaları, 44,1 min ton (artım 9,4%) asfalt istehsal edilib.
Hazırda Azərbaycan hökuməti Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa layihələri həyata keçirir. Bu işlər tikinti materiallarının istehsal həcminin artmasına təkan verir. (İnterfaks-Azərbaycan)