İnşaat və əmlak

Azərbaycanda tikinti materialları sahəsində istehsalın - ÜMUMİ DƏYƏRİ AZALIB

Azərbaycanda tikinti materialları sahəsində istehsalın - ÜMUMİ DƏYƏRİ AZALIB | FED.az
21:27 21 Aprel 2020

2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 141,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz azalıb.

Eləcə də bax: Son üç ayda dərman - İSTEHSALI ARTIB

FED.az "trend"ə istinadən xəbər verir ki, tikinti gipsinin istehsalı 39,0 dəfə, asfaltın istehsalı 9,3 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 5,2 faiz, tikinti kərpicinin istehsalı 1,5 faiz artmış, sementin istehsalı 3,0 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 5,1 faiz, tikinti əhənginin istehsalı 29,1 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 36,2 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 59,8 faiz azalıb.

Digər xəbərlər

Banner