2019-cu il yanvarın 4-də «Bəhrəmtəpə Tikinti materialları» ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. FED.az xəbər verir ki, şirkətin İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsindəki ofisində keçiriləcək yığıncağın əsas mövzusu ASC-nni ləğv edilməsi olacaq. İclasın gündəliyində ASC-nin ləğv edilməsi ilə əlaqədar görülən işlər haqqında ləğvetmə komissiyasının hesabatı, ləğvetmə balansının təsdiqi var.
Bundan başqa iclasda ASC-nin qalın əmlakının iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiqi var.
İclasda həmçinin əmlakın bölünməsi, bunun pul və ya natura şəklində həyata keçirilməsi qaydası da təsdiqlənəcək.
Qeyd edək ki, 2000-ci ildən özəlləşən «Bəhrəmtəpə tikinti materialları» ASC son illər fəaliyyətsiz olub.