Bu ilin ikinci rübündə yerüstü tikililər üzrə qiymətlər 1,4%, yol və körpü tikintisi üzrə qiymətlər isə 0,7% bahalaşıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən rüb ümumilikdə tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri birinci rüblə müqayisədə 1,3% artıb.
Ümumilikdə isə tikinti qiymətləri əvvəlki illə müqayisədə 3,7% yüksəlib. Bu dvrdə binaların tikintisində maya dəyəri 3,8%, körpülərin maya dəyəri isə 2,9% artıb. Ən böyük qiymt artımı inzibati binalar, sənaye-istehsal obyektləri və 5 mərtəbəli tikililərin maya dəyərində baş verib - 4,4-4,7%. Məktəblərin tikintisinin maya dəyəri 3,5% artıb.
Azərbaycanda tikinti bahalaşdı
23:40
22 Avq 2018