“Təhlükə potensiallı obyektlərin Siyahısı” təsdiq edilib.
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Bu sənəd əhali, habelə ətraf mühit üçün təhlükə yaradan maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektləri müəyyən edəcək.
Təhlükə potensiallı obyektlərin siyahısı ilə buradan tanış olmaq mümkündür.