Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondu (İKZF) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan 1 063 mənzilin satışının dəstəklənməsi məqsədi 44,6 milyon manat güzəştli kredit verib.
Eləcə də bax: Hövsandakı sosial evləri kimlər aldı - AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Fond bildirir.
Məlumata görə, ümumilikdə 2018-ci ildən etibarən “sosial ev”lərin maliyyələşdirilməsi üçün 2 725 şəxsə 118,1 milyon manat güzəştli ipoteka krediti, 38 şəxsə isə 1,3 milyon manat adi ipoteka krediti verilib.