Azərbaycanda fəaliyyət göstərən 11 tikinti şirkəti "Dayanıqlı Yaşıl Tikinti" Bəyannaməsi imzalayıb.
FED.az xəbər verir ki, imzalanma "Azərbaycanda Yaşıl Tikinti” mövzusunda keçirilən tədbir çərçivəsində baş tutub.
Bəyannamənin məqsədi tikinti şirkətlərinin emissiyalarının azaldılması məsuliyyətini dərk etdiyini nümayiş etdirməkdir. (Apa)