Nazirlər Kabineti “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”na dəyişiklik edilib.
Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması qaydası - MÜƏYYƏNLƏŞİB
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bir sıra sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.
Bununla yanaşı, nəzərdə tutulan fəaliyyətlə bağlı tikintiyə icazə alınması üçün dövlət ekoloji ekspertizası rəyi Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-1-ci maddəsinə uyğun olaraq tikintiyə icazə verən orqan (qurum) tərəfindən əldə edilir.