2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 561,9 min kvadratmetr təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 16,3% çoxdur.
Bakıda bütün - KÖHNƏ BİNALAR SÖKÜLƏCƏK
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu dövrdə yaşayış evlərinin tikintisinə kapital qoyuluşu 257,3 milyon manat (artım 8,7%) təşkil edib.
2022-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 593 min kvadratmetr təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 24,8% azdır. 2022-ci il ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşu 925,4 milyon manat (azalma 5,8%) təşkil edib. (İnterfaks-Azərbaycan)