2019-cu ilin I rübündə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 420 min kvadratmetr təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 9,5% çoxdur. FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Mart ayında 167,9 min min kvadratmetr olan yaşayış yerləri istismara verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə mənzil tikintisinə investisiya qoyuluşları 250,9 mln. manat (artım 36,6%) təşkil edib.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 2 mln. 84,7 min kvadratmetr təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 3,3% çoxdur.
2018-ci il ərzində mənzil tikintisinə investisiya qoyuluşları 1 mlrd. 318,8 mln. manat (artım 32,3%) təşkil edib.
Eləcə də bax: Yeni tikililərin işıq problemi daha tez həll olunacaq - BAŞ NAZİRDƏN QƏRAR