018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 97,1 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,7% çoxdur. FED.az xəbər verir ki,, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-iyul aylarında mənzil tikintisinə 580,8 mln. manat (artım 21,7%) məbləğində investisiya qoyulub
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 727,4 min kvadratmetr təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 18,6% azdır.
Ötən il mənzil tikintisinə 891 mln. manat (artım 21,7%) məbləğində investisiya qoyulub.**