Bu ilin yanvar ayında Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.
Eləcə də bax: Kirayə üsulu ilə - 564 Mənzil Satılıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat ayın ölkədə ümumi sahəsi 135 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, illik ifadədə 56,1% azdır. Ötən ilin dekabr ayı ilə müqayisədə isə 64,6% çoxdur. Belə ki, dekabrda ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 82 min kvadrat metr təşkil edib.
Qeyd edək ki, ötən il ölkədə ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu da, əvvəlki illə müqayisədə 47,6% azdır.
Xatırladaq ki, cari ilin yanvar ayında yaşayış evlərinin tikintisinə 60,3 mln. manat vəsait yönəldilib, bu da illik ifadədə 49,3% azdır. (Apa)