Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan şirkət rəhbəri həbs edilib.
FED.az xəbər verir ki, 1 milyon manatlıq dələduzluqda təqsirli bilinən "Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov bir müddət əvvəl saxlanılıb. Cinayət işi üzrə 16 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
İttihama görə, A.Qədirov inşa etdiyi yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıb.
Eləcə də bax: Sabiq deputat çayçısının adına 5.3 milyon manatlıq kredit götürüb