Ötən il Azərbaycanda ipoteka kreditlərinə xərclənən vəsaitin məbləği açıqlanıb.
İpoteka və Kredit Zəmanət Fondunun vəziyyəti - MƏLUM OLDU
FED.az xəbər verir ki, bu Prezident İlham Əliyev tərəfindən imzalanan 2021-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının Qanununda əksini tapıb.
Belə ki, ötən il dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna 87 500 000 manat vəsait ayrılıb. Bu vəsaitin 71 000 000 manatı Nizamnamə kapitalının artırılmasına (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi), 16 500 000 manatı isə sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə subsidiyanın maliyyələşdirilməsinə yönəlib. (Trend)