2019-cu ildə dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna ayrılmış 80 milyon manatın 40 milyon manatının Nazirlər Kabinetinin 2019-cu il 1 aprel sərəncamına müvafiq olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin maliyyələşdirilməsi məqsədilə agent banklar arasında bölgüsü təmin edilib.
Eləcə də bax: Azərbaycanda martda dövlət xətti ilə - 332 İPOTEKA KREDİTİ VERİLİB
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib.
Hesabatda bildirilir ki, 2017-ci ildə ayrılmış vəsaitlərdə nəzərə alınmaqla, MİDA tərəfindən nəzərdə tutulmuş vəsaitlərin həcmi 60 milyon manat təşkil edib. 2019-cu il 31 dekabr tarixində 877 şəxsə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin alınması üçün 39,7 milyon manat məbləğində güzəştli, 23 şəxsə isə 794 milyon manat dəyərində adi ipoteka kreditləri verilib.
İpoteka kreditləri maksimal faiz dərəcəsi illik 8 faiz olunmasına baxmayaraq, bir sıra banklar tərəfindən daha aşağı faizləri dərəcələri (6-7 faiz) ipoteka kreditləri başlanıb. Nəticə 2019-cu ilə də adi ipoteka kreditlərində orta illik faiz dərəcəsi 7,2 faiz dərəcəsi təşkil edib.
Hesabatda o da bildirilir ki, 2019-cu il 31 dekabr tarixinə İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,4 milyard manata çatıb, 28 minə yaxın ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub.
Hesabatda qeyd edilir ki, bu kreditlərin 435,8 milyon manatdan çox hissəsini (8839 ədəd) güzəştli kateqoriyalara şəxslərə verilmiş ipoteka kreditləri təşkil edib.
2019-cu il ərzində müvəkkil banklar tərəfindən 173,8 milyon manat həcmində 2652 (adi kreditlər -1262 kredit üzrə 93,6 milyon manat, güzəştli kreditlər - 1390 kredit üzrə 80,2 milyon manat) ipoteka krediti verilib.
Apa