Azərbaycan vətəndaşları və dünyanın istənilən ölkəsindən olan şəxslər internet vasitəsilə özəlləşdirmə hərraclarına qoşularaq dövlət əmlakı ala bilirlər. FED.az xəbər verir ki, elektron hərraclar Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən həyata keçirilir və artıq indiyədək bir sıra vətəndaşlar bu üsulla əmlak sahibi olub.
2018-ci ilin ilk yarısında Azərbaycanda keçirilən özəlləşdirilmə hərraclarında 500-dən artıq əmlak özəlləşdirilib. FED.az xəbər verir ki, bu barədə ƏMDK-də ilin ilk yarısının yekunlarına həsr edilmiş müşavirədə bildirilib.
İclasda ldeyilib ki, “Elektron hərrac” sistemi dövlət əmlaklarının elektron formada özəlləşdirilməsi imkanı yaradıb. İstifadəyə verilməsindən qısa müddət keçməsinə baxmayaraq artıq 30-a yaxın şəxs hərraclara onlayn qaydada qoşularaq, özəlləşmədə iştirak edib.
Ümumilikdə isə bu ilin əvvəlindən indiyədək dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 100-dən artıq hərrac keçirilib. Bu dövrdə 500-ə yaxın dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib.