Azərbaycanda ilk dəfə bank tikilməmiş evə ipoteka krediti verir .
FED.az xəbər verir ki, “Bakstone Construction” şirkəti bu yeniliyə imza atıb.
Şirkət bu günə qədər də daxili hissəli ödəmə yolu ilə tikinti işləri görüb. Bundan sonra isə müştərilər bank yolu ilə vəsait alıb, on illik kreditlə evlərini tikə bilərlər.
Özünə məxsus torpaq sahəsində kreditlə ev tikmək istəyən vətəndaş əvvəlcə “Bakstone Construction” şirkətinin ofisinə yaxınlaşıb, ilkin məlumatlar əldə etməlidir. Əgər şirkət nümayəndələri şəxsə kredit verilə biləcəyini düşünürlərsə, onu partnyor olduqları banka yönəldirlər. Daha sonrakı proses – kreditin verilməsi bank tərəfindən icra olunur.
İpotekanın müddəti 10 il, faiz dərəcəsi isə 12 faizdir. Şərtlər daxilində şəxsin rəsmi gəlirinin olması və yaş həddi var.
Ətraflı məlumat üçün “Bakstone Construction” şirkətinin ofisinə yaxınlaşmağınız rica olunur.
Ünvan: Cəfər Cabbarlı 609, Globus Center (15-ci mərtəbə)
Telefon:+994 12 441 33 33
Mobil:+994 55 999 01 71
İş Saatları:10:00-19:00 / 10:00-17:00