"Güzəşli mənzillərin satışına bir az qalmış elektron sistemə orqanik olmayan çoxlu sayda sorğular daxil olub".
Eləcə də bax: MİDA-nın onlayn satış sistemi - ÇÖKDÜ - YENİLƏNİB
FED.az xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsi üzrə 815 mənzilin seçiminin baş tutmamasına münasibət bildirən Elektron Hökumət Mərkəzinin direktor müavini Mehdi Cavadov deyib.
"Satışa təxminən 15-20 dəqiqə qalmış müşahidə olunan asan loqin üzərindən yüklülük vətəndaşların daha sonrakı addıma keçə bilməsinə imkan verməyib. İlk təəssürat budur ki orqanik olmayan çoxlu sayda sorğular olub. "Orqanik olmayan" dedikdə bizim testlerde ssenarilər də müşahidə etdiyimiz standard proses axını üzrə yox, ondan kənar həddindən artıq yüklülüyə səbəb olan prosesi nəzərdə tuturuq. Məsələ burasındadır ki sistemin potensial istifadəçisi təxminən 20 mindir. Satışda da bunun təxminən 50%-i qədər gözlənilirdi. Yeni bizdeki ssenaride 20 minə qeder istifadəçinin sistemdə iştirakına uyğun yüklülük testləri aparılıb. Bütün testler də uğurlu başa çatıb. Bu, əvvəlki satışlarda olan standart prosedurlar idi. İstənilən halda qısa vaxtda araşdırma aparıb tezliklə ictimaiyyətə məlumat veriləcək", - o qeyd edib. (Report)