Azərbaycanda girov qoyulan əmlakların sayında kəskin artım baş verib.
Eləcə də bax: Azərbaycanda girov qoyulan əmlakların sayı - KƏSKİN ARTIB
Qeyd edək ki, girov əmlakların saynın artması ölkədə həm əmlak, həm də maliyyə kredit sahəsindəki aktivliyin göstəricilərindən biri sayılır. Söhbət həm biznes məqsədilə götürülən, həm də ipoteka kreditləri ayrılması zamanı girov saxlanılan əmlaklardan gedir.
Əmlak məsələləri Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, 2022-ci ilin yanvar-mart aylarında ölkədə 15 047 əmlakın girovluğu qeydiyyata alınıb. Bu ötən ilin eyni dövrü ilə (10 125 girov) müqayisədə 4 922 ədəd və ya 48,6% artıqdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə giroa əmlakların sayında artım 5 596 və ya 59,2% faiz olub.
Təkcə mart ayında ölkədə 5192 girov qoyulub ki, bu da ötən ilin martı ilə müqayisədə 36% artıqdır. Ötən ilin martında bu göstərici 3816 olmuşdu.
2022-ci ilin 3 ayı ərzində ən çox girov qoyulan daşınmaz əmlaklar
2022-ci ilin 3 ayı ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri ilk yerlərdədir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, 2022-ci ilin yanvar-mart ayları ərzində 8.864 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Cari ilin 3 ayı ərzində girov qoyulmuş ümumi 15.047 əmlakdan 2.521-i torpaq sahəsinin, 2.264-ü isə fərdi yaşayış evinin payına düşüb.
2022-ci ilin yanvar-mart ayları ərzində daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri |
||
Əmlak növləri |
Müqavilə sayı |
Ümumi göstəricidə payı |
Mənzillər |
8864 |
58.9% |
Torpaq sahələri |
2521 |
16.8% |
Fərdi yaşayış evləri |
2264 |
15.0% |
Qeyri-yaşayış binaları |
509 |
3.4% |
Qeyri-yaşayış sahələri |
457 |
3.0% |
Bağ evləri |
262 |
1.7% |
Digərləri |
170 |
1.1% |
Ümumi say |
15 047 |
100.0% |
Ən çox hansı bölgələrdəki əmlaklar girov qoyulur?
Statistik məlumatları təhlil etdikdə məlum olur ki, daşınmaz əmlak üzrə ən çox girov müqaviləsi ölkənin iqtisadi mərkəzi sayılan Bakıda bağlanılıb. Cari ilin yanvar-mart ayları ərzində paytaxtda ümumilikdə 7 717 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 51,3%-i və ya yarıdan çoxu deməkdir. Bakıdan sonra ən çox ipotekanın qeydə alındığı bölgələr Abşeron (1 904 ədəd), Sumqayıt (1 222 ədəd) və Gəncə ərazi (849 müqavilə) idarələridir.
Üummilikdə ilk 3 ayda Abşeron bölgəsində qeydə alınan yeni girovların sayı 10,8 mindir və bu ölkə üzrə bütün girovların 72%-ni təşkil edir.
Həmçinin, Yevlax və Bərdə ərazi idarələri də ən çox girov qoyulan bölgələr sırasındadır. Bu nəticələri həm də bölgədəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi qəbul etmək olar.
Ərazi İdarələrinin adı |
İpoteka müqaviləsinin ümumi sayı |
Ölkə üzrə |
15 047 |
1 saylı Bakı Ərazi İdarəsi |
7 717 |
4 saylı Abşeron Ərazi İdarəsi |
1 904 |
2 saylı Sumqayıt Ərazi İdarəsi |
1 222 |
3 saylı Gəncə Ərazi İdarəsi |
849 |
5 saylı Xaçmaz Ərazi İdarəsi |
631 |
17 saylı Yevlax Ərazi İdarəsi |
330 |
7 saylı Bərdə Ərazi İdarəsi |
295 |
13 saylı Şirvan Ərazi İdarəsi |
253 |
6 saylı Beyləqan Ərazi İdarəsi |
240 |
16 saylı Ucar Ərazi İdarəsi |
209 |
10 saylı Lənkəran Ərazi İdarəsi |
195 |
12 saylı Şəki Ərazi İdarəsi |
194 |
11 saylı Şəmkir Ərazi İdarəsi |
192 |
14 saylı Şamaxı Ərazi İdarəsi |
192 |
9 saylı Qəbələ Ərazi İdarəsi |
178 |
8 saylı Cəlilabad Ərazi İdarəsi |
165 |
15 saylı Tovuz Ərazi İdarəsi |
162 |
18 saylı Zaqatala Ərazi İdarəsi |
119 |
Hansı bölgədə hansı əmlak girov qoyulur?
Azərbaycanın ayrı-ayrı bölgələrində girov qoyulan əmlakların növləri fərqlənir. Belə ki, ilk 3 ayda ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Sumqayıt və Abşerondur. Bütün girov qoyulan mənzillərin 91,3%-i bu üç ərazi idarəsinin payına düşür. Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr Gəncə, Yevlax, Şirvan və Bərdə ərazi idarələridmp. Mənzillərin ən az girov qoyulduğu bölgələr Qəbələ, Şəmkir və Şamaxıdır.
Mənzillərin ən çox girov qoyulduğu bölgələr
Ərazi idarələri |
İpoteka müqaviləsinin sayı |
1 saylı Bakı Ərazi İdarəsi |
5961 |
4 saylı Abşeron Ərazi İdarəsi |
1261 |
2 saylı Sumqayıt Ərazi İdarəsi |
871 |
3 saylı Gəncə Ərazi İdarəsi |
401 |
17 saylı Yevlax Ərazi İdarəsi |
132 |
13 saylı Şirvan Ərazi İdarəsi |
58 |
Apardığımız araşdırmadan məlum olur ki, 2022-ci ilin ilk rübü ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 7 saylı Bərdə, 5 saylı Xaçmaz və 8 saylı Cəlilabad ərazi idarələrinin dislokasiyalarında yerləşir.
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr
Ərazi idarələri |
İpoteka müqavilələrinin sayı |
1 saylı Bakı Ərazi İdarəsi |
608 |
4 saylı Abşeron Ərazi İdarəsi |
272 |
3 saylı Gəncə Ərazi İdarəsi |
261 |
5 saylı Xaçmaz Ərazi İdarəsi |
161 |
7 saylı Bərdə Ərazi İdarəsi |
141 |
8 saylı Cəlilabad Ərazi İdarəsi |
95 |
Cari ilin 3 ayı ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (32 müqavilə) və 15 saylı Tovuz (35 müqavilə) ərazi idarələridir.
Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr
Ərazi idarələri |
İpoteka müqavilələrinin sayı |
5 saylı Xaçmaz Ərazi İdarəsi |
411 |
1 saylı Bakı Ərazi İdarəsi |
301 |
4 saylı Abşeron Ərazi İdarəsi |
297 |
2 saylı Sumqayıt Ərazi İdarəsi |
160 |
14 saylı Şamaxı Ərazi İdarəsi |
138 |
9 saylı Qəbələ Ərazi İdarəsi |
134 |