Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sentyabrın 18-də elan etdiyi özəlləşdirmə hərracına digər əmlaklarla yanaşı, gəmi də çıxarılıb.
FED.az xəbər verir ki, hərracda investorlara “Kapitan Rəcəbov” adına buzqıran gəmisi təklif olunacaq. 1976-cı ildə istehsal edilmiş gəmi artıq ləğv edilən “Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə” ASC-nin balansında olub. Gəminin satış qiyməti 510 min manatdır. Onu almaq üçün hərraca qatılmaq istəyənlər bu qiymətin 10%-i qədər, yəni 51 min manat beh ödəməlidirlər.
Azərbaycanda gəmi satışa çıxarıldı – QİYMƏT
14:42
20 Avq 2018