2019-cu ili daşınmaz əmlak bazarı üçün uğurlu il hesab etmək olar. Ümumən bazar üçün uğurlu il olub.
FED.az xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib ki, daşınmaz əmlak və qeydiyyat sistemi ilə bağlı qəbul olunan qərarlar 2019-cu il üçün vacib olub. Ekspertin sözlərinə görə, daşınmaz əmlak bazarının qiymət dinamikası baxımından bir o qədər uğur il olmayıb.
Eləcə də bax:Azərbaycanda ucuz qiymətə quraşdırma evlərin - SATIŞI BAŞLAYIB - QİYMƏT
“Qiymətlər nisbi artdı. Təkrar mənzil bazarında illik qiymət 9% artdı. İlkin mənzil bazarında və torpaq bazarında ilin son rübündə baş verən proseslər hər iki seqmentə ciddi təsir göstərdi və ilkin mənzil bazarı 5% , torpaq bazarında isə 11%-dən bir qədər çox artım oldu. Qeyri-yaşayış sahələrində yəni obyektlərin qiymətlərində 7%-dən bir qədər artıq artım olub. Son 3 ilin tendensiyası göstərir ki, artıq Azərbaycanın ümumi daşınmaz əmlak bazarı ümumi iqtisadiyyata adekvat olaraq daha çox bir rəqəmli artımlarla artır. Əvvəlki illərdə olduğu kimi 25-30%lik artım və azalmalar artıq baş vermir”-deyə Ramil Osmanlı bildirib.