Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) portfelinin ipoteka predmetinin dəyəri üzrə pay bölgüsü açıqlanıb.
Eləcə də bax: İpoteka ilə daha çox 61-80 kvadratmetrlik - MƏNZİLLƏR ALINIR - CƏDVƏL
FED.az-ın Fonda istinadən verdiyi xəbərə görə, Fondun portfelində əsas yeri 60-90 min manatlıq kreditlər tutub. İKZF-in portfelinin 37,41% və ya 756 979 491 manatını məhz bu dəyərdə olan ipoteka kreditləri əhatə edib. Portfeldə ən az payı (0,57% və ya 11 602 560 manat) isə dəyəri 30 min manatadək olan ipotekalar təşkil edib.
Qeyd edək ki, hazırda 150 min manatadək ipoteka kreditləri minimal ilkin ödəniş 15% olmaqla maksimal 25 il müddətinə verilir. İllik faiz dərəcəsi zəmanət verilmiş kreditlər üzrə 8%, zəmanət verilməmiş kreditlər üzrə 7% təşkil edir.
№ |
İpoteka predmetinin dəyəri, AZN |
Portfeldə payı, AZN |
Portfeldə payı, % |
1 |
60 000-90 000 |
756 979 491 |
37,41 |
2 |
30 000- 60 000 |
516 908 751 |
25,54 |
3 |
>120 000 |
433 608 103 |
21,43 |
4 |
90 000-120 000 |
304 617 908 |
15,05 |
5 |
<30 000 |
11 602 560 |
0,57 |