Azərbaycanda 2019-cu ildə ən çox və ən az tikinti işləri aparılan rayon/şəhərlər məlum olub.
FED.az xəbər verir ki, siyahıya Bakıdan sonra, Naxçıvan, Sumqayıt, Şirvan şəhərləri və Abşeron rayonu başçılıq edir.
Ötən il Sabirabadda tikinti işlərinin həcmi diqqəti cəlb edir. Bu rayonda tikintiyə yatırılan vəsaitlər Şəki və Lənkəranı, eləcə də Mingəçeviri üstələyir.
Ölkənin ikinci böyük şəhəri sayılan Gəncə isə yalnız 30-cu yeri tutur.
2019-cu ildə tikintiyə ən az yatırım edən rayonların siyahısında Daşkəsən, Xızı və Şamaxı rayonları var.
Masallı, Naftalan və Ağdaşda da vəziyyət ürəkaçan deyil. Bu rayonlarda tikintiyə il ərzində yatırılan vəsait 2 milyon manata da çatmır.
Azərbaycanda ən çox və ən az tikinti gedən şəhər/rayonların siyahısı aşağıdakı kimidir: