Azərbaycanda 2019-cu ilin 30 dekabr tarixinədək ümumilikdə 27 812 nəfər ipoteka krediti götürüb ki, onunda 50,9%-i dövlət sektoruna, qalan 49,1%-i isə özəl sektorda çalışanların payına düşüb.
Eləcə də bax: Kirayə evlər sərfəlidir, yoxsa ipoteka krediti?– İPOTEKA FONDUNUN 4 SƏHVİ
FED.az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondunun verdiyi məlumata görə, ipoteka krediti ən çox hərbi sahədə çalışan vətəndaşlara (5 886), ən az isə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara (213) verilib.
Ötən il ən çox ipoteka krediti alanlarının fəaliyyət sahələri üzrə bölgüsü:
# |
Borcalanların fəaliyyət sahələri |
Borcalanların sayı |
Borcalanların ümumi sayda payı, % |
1 |
Hərbi |
5 886 |
21,2 |
2 |
Digər |
5 580 |
20,1 |
3 |
Bank və sığorta qurumları |
5 484 |
19,7 |
4 |
Energetika |
3 378 |
12,1 |
5 |
Hüquq-mühafizə xidmətləri |
2 512 |
9 |
6 |
Yerli və xarici dövlət qurumları |
1 137 |
4,1 |
7 |
Təhsil |
902 |
3,2 |
8 |
Rabitə |
828 |
2,9 |
9 |
Tikinti |
581 |
2,1 |
10 |
Nəqliyyat |
466 |
1,6 |
11 |
Səhiyyə |
442 |
1,6 |
12 |
Xidmət |
403 |
1,4 |
13 |
Sahibkarlıq fəaliyyəti |
213 |
1 |
Apa