Azərbaycanda ötən il 2555 ailə dövlət hesabına mənzillə təmin olunub.
Bu şəxslərə pulsuz mənzil veriləcək - PREZİDENT TƏSDİQLƏDİ
FED.az xəbər verir dövlət hesabına mənzillə təmin edilən ailələrin sayına görə Qarabağ və Şərqi Zəngəzur bölgələri ön sıradadır. Burada Füzuli, Şuşa, Zəngilan və Laçın rayonları xüsusilə diqqət çəkir. Burada mənzillə təmin edilən ailələr əsasən keçmiş məcburi köçkünlərdir.
Paytaxt Bakı şəhərində isə 352, Abşeronda isə 298 ailə evlə təmin olunub. Mingəçevir, Lənkəran və Tərtər də mənzil bölgüsündə aktiv rayonlardır.
Keçmiş məcburi köçkünlərdən sonra ən çox mənzil alan kateqoriya Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində əlil olan şəxslər (341), şəhid ailələri (444) və ehtiyata buraxılan hərbi qulluqçulardır (89). Təkcə Suraxanıda 46 şəhid ailəsi və 70 əlil ailəsi ev alıb. Abşeron rayonunda isə 120 şəhid ailəsi və 132 əlil ailəsi evlə təmin edilib.
Sosial həssas qrupların – əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların ailələri (5 ailə), 20 Yanvar zərərçəkənləri (2 ailə), Çernobıl qəzası ilə bağlı zərərçəkmişlər (15 ailə) – evlə təminatı olduqca aşağıdır. (Modern)