Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 37 001 borcalana 2 milyard 012,647 milyon manat kredit verib.
Eləcə də bax: İpoteka limitinin artırılmasının hansı əhəmiyyəti olacaq? - AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə İKZF-in açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 278,743 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 344 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.