Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 35 065 borcalana 1 879,836 milyon manat məbləğində ipoteka krediti verib.
Rusiyada ipotekanın yeni növü - TƏKLİF EDİLİB
FED.az xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 232,518 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verib, 935 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
İpoteka və Kredit Zəmanət Fondu 017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.(report)